Yazar kitabda bir yazarın jurnalistlərə müsahibə verərkən, kitabları film mövzusu olarkən keçirdiyi hissləri, yaşadığı həyat təcrübələrini çox gözəl yansıdır. Paralel olaraq, gəzdiyi ölkələrin, yerlərin adət-ənənələri, insanlarının psixologiyası, davranışları, xasiyyətləri haqqında çox incə görünən, amma dərin mənalar bəxş edən detalları qələmə alır. Bəlkə də tərcümə olunmuş versiyasına görə çox da axıcı gəlmədi mənə, amma kitab rəfimin din, Tanrı, sevgi, ilahi qüvvə, təslimiyyət haqqında çox fərqli yanaşmaları ilə seçilən kitablarından oldu. Yazarın başqa əsərlərinə də şans verəcəm.