Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Afiqə Yahyayeva

80 syf.
8/10 puan verdi
·
4 günde okudu
Təmsillər, Hekayələr
Təmsillər, Hekayələr
kitabı ilə məktəb illərimə geri döndüm sanki. O zamanlar oxuduğum təmsillər, hekayələr idi. Sadə dillə yazılmış öyrədici, düşündürücü hekayələrdən ibarətdir kitab. Dostluqda vəfalı olmağın, səxavətli insan olmağın, düzgün, zəhmətkeş, böyüklərin sözünə qulaq asmağın önəmi və s. kimi mövzulara toxunub söz sənətkarımız
Qasım bəy Zakir
Qasım bəy Zakir
Kitab kiçik həcmlidir, uşaqlar (böyük yaşlı) üçündür, amma, məncə hər yaşın oxuya biləcəyi bir kitabdır. Uşaq kitablarını mənim kimi sevən hər kəsin bəyənəcəyi kitabdır.
Təmsillər, Hekayələr
Təmsillər, HekayələrQasım bəy Zakir · Mimta Yayınları · 05 okunma
Reklam
32 syf.
8/10 puan verdi
·
1 saatte okudu
Kiçik həcmli, rəsmli və fərqli dizaynda bir kitab daha.
Kayıp Şey
Kayıp Şey
bəyəndiyim kitab oldu. Oxuyarkən özümü qəribə sakitliyin, yoxluğun, itmişliyin içində hiss etdim
Kayıp Şey
Kayıp ŞeyShaun Tan · İthaki Yayınları · 2012137 okunma
40 syf.
9/10 puan verdi
Kiçik həcmli, rəsmləri ilə göz oxşayan sevdiyim bir kitab oldu
Lea ve Fil
Lea ve Fil
. Fil ilə yalnız qızın yaranan dostluğundan bəhs edir. Rəsmlərini xüsusi ilə sevdim
Lea ve Fil
Lea ve FilKim Sena · Çınar Yayınları · 202040 okunma

Okur Takip Önerileri

Tümünü Gör
128 syf.
10/10 puan verdi
·
1 saatte okudu
Çocuk, Köstebek, Tilki ve At
Çocuk, Köstebek, Tilki ve At
ən sevdiyim kitablardan biri oldu. Həm rəsmləri, həm verdiyi mesajlar, sevərək öyrətməyi ilə, sətirləri ilə qəlbimi fəth etdi. Dəfələrlə açıb oxuyacağım bir kitab oldu. 7-dən 70-ə hər kəsin oxumalı olduğu kitabdır məncə. Nə edirsiniz edin, özünüzə haqsızlıq etməyin. Özünüzü, ruhunuzu, bədəninizi sevin, hal-hazırda sevirsinizsə sevməyə davam edin. Özünüzə qiymət verin. Özünüzü yaxşı tanıyın. Həqiqətən nəyi istəyib, istəmədiklərinizi öyrənin və bunu sizin yerinizə başqalarının qərar verməsinə icazə verməyin. Özünüzü kiminsə insafına buraxmayın. Nə qədər yaşayacağımızı bilmirik, ancaq necə yaşayacağımızın çox faizi bizim əlimizdədir, unutmayaq, unutdurmayaq. Başqalarını xoşbəxt etməyə çalışdığınız kimi özünüzü etmək üçün də çalışın. Ən əsası özünüzü sevin həmişə.
Çocuk, Köstebek, Tilki ve At
Çocuk, Köstebek, Tilki ve AtCharlie Mackesy · Mundi Yayınevi · 20212,402 okunma
196 syf.
7/10 puan verdi
·
3 günde okudu
Nə çox dərdi var insanların..
Gelirken Ekmek Al
Gelirken Ekmek Al
Həyatın içindən hekayələr. Yaralar, dərdlər insanın içinə toxunur. Nə qədər bədbəxt insan var deyə düşünürdüm oxuduqca. Nə qədər bənzər həyatlar, bənzər yaralar var. Nə qədər pis böyüyən, bədbəxt uşaqlar, yarım qalmış, boy atmış, amma əslində o qədər böyüməmiş uşaqlar var ki. Ya da vaxtından tez böyümüş, uşaq belə ola bilməmişlər, uşaqlığı oğurlanmışlar, uşaqlığın belə çox görüldüyü o yaşaya bilməmişliklər. Ailənin oyuncağı olan uşaqlar. Ən çox ata yarası, problemli ailələr, yaralar qurusa da, qabıq bağlasa da heç vaxt tam olaraq keçmir onu da təkrar göstərən hekayələr. İllər, əsrlər dəyişsə də nə acıdır ki sadəcə evlənmək üçün evlənən insanlar olduqca bədbəxt uşaqlar bitməyəcək. Yarım, əskik böyümüşlüyün dərmanı, müalicəsi yoxdur. Ən böyük yanlış, cəza, insanı yavaş- yavaş öldürən şey yanlış evlilikdir. Belə qərarlarla ömrünü, yaşamını yanlış insana, yanlış həyata qurban verməməlidir insanlar.
Şermin Yaşar
Şermin Yaşar
qələmini bəyənirəm, tövsiyə edirəm.
Gelirken Ekmek Al
Gelirken Ekmek AlŞermin Yaşar · Doğan Kitap · 20196,5bin okunma
Reklam
112 syf.
9/10 puan verdi
·
1 saatte okudu
Heyvanları çox sevən biri olaraq bu mövzuda nə qədər kitab oxusam bezmərəm deyə düşünürəm. Gerçək bir hekayədən götürülmüş bir kitabdır
Kahraman Köpek Balto
Kahraman Köpek Balto
,çox sevərək oxudum, rəsmləri zövqlə incələdim. 1925-ci ildə Alaskada difteriya xəstəliyi yayılır, xəstəliyin müalicəsində tək yol bir dərman idi və bu preparatın sağ-salamat gətirilib çıxarılma cəhdindən, çətinliyindən bəhs edilir kitabda. Bu yolda Balto və digərlərinin rolu, yeri nə idi oxuyub görməli.. ;)
Kahraman Köpek Balto
Kahraman Köpek BaltoElizabeth Cody Kimmel · Beyaz Balina Yayınları · 201781 okunma
112 syf.
7/10 puan verdi
·
4 saatte okudu
Nə demiş
Johann Wolfgang Von Goethe
Johann Wolfgang Von Goethe
; "Əsl məhəbbət mövsümü, ancaq birini sevə biləcəyimizə, heç kimin bizdən əvvəl bu cür sevmədiyinə və heç kəsin bizim kimi sevə bilməyəcəyinə inandığımız andan başlayır." Kitabı oxuyarkən, bitirərkən düşündüyüm şey o idi ki, o zamanlar sevgi necə saf, təmiz idi. İlk görüşdə, ilk baxışda necə güclü, gözəl hisslər yarana bilirdi.. P.s. İndi də belə hiss edənlər vardır illa ki ;) Amma çox çox az.
Herman və Dorotiya
Herman və DorotiyaJohann Wolfgang Von Goethe · Qanun Nəşriyyatı · 0113 okunma
160 syf.
7/10 puan verdi
·
5 günde okudu
Vaqif Səmədoğlu
Vaqif Səmədoğlu
yaradıcılığı ilə tanışlığım oldu bu kitab. Hər peomasında xüsusi bir nöqtəyə diqqət çəkirdi. Ümumi nöqteyi nəzərdən baxdıqda mövzu dünya, dünyanın dərki, axtarış, insan, bəşəriyyət, qorxularımız, ümidlərimiz idi. Sərbəst vəzində yazılıb şeirləri və mən bəyənirəm bu vəzində yazılan şeirləri.
Şəffaf Balıq
Şəffaf BalıqVaqif Səmədoğlu · 20222 okunma
48 syf.
10/10 puan verdi
·
1 saatte okudu
"Konuştuğumda kimse anlamıyor beni, o yüzden susup kalıyorum."
Səs-küylü bir dünyada özünü, yerini tapmağa çalışan kiçik, yalnız bir qızın səssiz hekayəsi, səssiz fəryadı.. Rəsmləri ilə, kiçik həcmi, amma mənalı cümlələri ilə qəlbimi fəth etdi
Suspus
SuspusDavid Ouimet · Çınar Yayınları · 2020148 okunma
32 syf.
10/10 puan verdi
·
1 saatte okudu
Uşaq kitablarını o qədər çox sevirəm ki. Heyvanları, tülküləri də çox sevirəm . Rəsmləri ilə, qısa, amma gözəl dialoqları ilə çox sevdim bu kiçik həcmli, amma çoxca sevimli, mənalı kitabı
İlk Kış
İlk KışRebecca Elliott · Türkiye İş Bankası Kültür Yayınları · 202217 okunma
Reklam
224 syf.
10/10 puan verdi
·
8 günde okudu
Kitabı oxuduğum an gözümdə Hababam sınıfı canlandı. Bu kitabdan hissələr götürüldüyü dəqiqdir. Çox əylənərək oxudum. Mizahla gerçəklərin üzə vurulması.. Çatışmazlıqları yumor ilə oxucuya çatdırmaq üslubu var.
Aziz Nesin
Aziz Nesin
sevdiyim yazarlardandı. İlk oxuduğum kitabı 2013-2014 illərində
Yaşar Ne Yaşar Ne Yaşamaz
Yaşar Ne Yaşar Ne Yaşamaz
olmuşdu. Onu da çox bəyənmişdim və qələmini tanıyandan sonra davam etmişdim qələmi ilə yola. Hər birimiz bir gün uşaq olduğumuzu unutmasaq daha az səhvlər buraxarıq məncə gələcək həyatlarımızda. Kitabla qalın
Şimdiki Çocuklar Harika
Şimdiki Çocuklar HarikaAziz Nesin · Nesin Yayınevi · 201916,7bin okunma
159 syf.
9/10 puan verdi
·
26 saatte okudu
Bəyənərək, sevərək dünyasına daxil oldum bu kitabın. Həm gülərək, həm hüzünlənərək dolu- dolu bir kitab daha oxudum. Düşünərək, müəyyən oxşarlıqlar görərək.. Bəyəndim
Çarşamba Çikolataları
Çarşamba ÇikolatalarıAslı Kocaeli · Küsurat Yayınları · 2021248 okunma
184 syf.
8/10 puan verdi
·
28 saatte okudu
Bəzən olur ki, müəyyən kitablarla rastlaşırsan, adı ilə bağ qura bilmirsən çox da. Necə deyim, oxuduqlarına o adı yaraşdırmırsan, başqa adlar düşünüb bu olsa daha uyğun olardı deyə düşünürsən. Yəni sizdə olubmu bilmirəm, məndə olub belə hallar. Bu oxuduğum kitab isə o qədər uyğun idi ki adı ilə. Bir insan necə həm qəhrəman həm cəllad olar deyə
Kahraman ve Cellat
Kahraman ve CellatŞeniz Baş · İthaki Yayınları · 202144 okunma
208 syf.
9/10 puan verdi
·
3 saatte okudu
"Bütün çocuklar karanlıktan korkar..." Çox sevdiyim bir kitab oldu. Çoxca hüzünlü, cəsarət verici. Mafalda başından keçənləri danışır bizə. Onunla birgə qorxusunu tam qəlbimdə hiss etdim. Onunla birgə arzuladım. Mafalda nə qədər yorulsa da, qaranlıqda qalmaqdan nə qədər qorxsa da cəsarətini itirmədi. Cəsarət.. Bəli, bəzən tam olaraq ən qaranlıq anlarımızda çıxır ortaya, amma ən əsası var. Ortaya çıxacağı anı gözləyir bəlkə də. İçimizdə həmişə olması bizim üçün böyük şansdır. Əsl dosta sahib olmaq xüsusi bir gücə, sehrə sahib olmaqdır mənə görə. Bunu bizə Estella və Mafalda yenidən göstərdi. Və bizi sevən ailəyə sahib olmaq təbii ki. Əsl güc budur. Estellanın dediyi kimi; Qorxaraq yaşamaq, yaşamaq deyil. Odur ki, həqiqətən yaşayaq. Könül gözünüzün daim açıq olması diləyi ilə..
Kiraz Ağacı ile Aramızdaki Mesafe
Kiraz Ağacı ile Aramızdaki MesafePaola Peretti · Genç Timaş Yayınları · 202010,9bin okunma
312 syf.
9/10 puan verdi
·
25 saatte okudu
Mənə xoşbəxt sonlarla gəlin. Tam da belə sonluqlu kitaba ruhumun ehtiyacı olduğu bir dönəmdə oxumağım çox gözəl oldu. Fantastik kitabları çox sevən biri olaraq çox sevərək, maraqla, həyəcanla oxudum Ötediyar'ı. Fərqli, maraqlı aurası var idi. Yazar obrazların hisslərini gözəl keçirib oxucuya. Müəyyən çətinliklərin insanları həm qopara bildiyini, həm də ayrılmaz güclü bir bağ yarada bildiyini təkrar gördük. Məhz bu anlar insanın həyatının dönüm nöqtəsi olur. Sınaqlardan sonra yaranan o bağ çox güclü olur. Oliver və Alice ikilisini çox sevdim. Sevgi.. həm hər şeyin başlanğıcı, həm hər şeyin sonu. İnsanı göylərə uçuran da, buludlardan başı üstə yerə çırpan da o. Və hər şeyə rəğmən gözəl olmağa davam edən də o.. Kitab bizə 'cəsarət, özünə inam, özünü olduğu kimi qəbul etmək, sevmək' kimi hisslərin necə dəyərli olduğunu göstərir həmçinin. Necə olursunuz olun, həmişə biriləri şikayətçi olacaq, biriləri pis danışacaq, biriləri güləcək, biriləri... Fərqliliklərinizdən utanmayın. Sizi siz edən onlar olur əksər vaxt. Və heç vaxt unutmayın ki, siz bu həyata başqalarını məmnun etmək üçün gəlməmisiniz. Özünüzü sevin, həyatınızı doya- doya yaşayın.
Ötediyar
ÖtediyarTahereh Mafi · Yabancı Yayınları · 2018463 okunma
233 syf.
10/10 puan verdi
·
11 saatte okudu
Sən nə gözəl kitab idin belə. Heyvanlarla insanlar arasındakı bağla əlaqəli o qədər çox kitab oxuya bilərəm ki.. Xüsusən də itlərlə insanların bağı. Və heç bezmərəm. Bilirsiniz, nə qədər insan övladı olaraq ağılla, zəka ilə doğulduğumuz üçün övünsək də heyvanlardan öyrəniləcək çox şeyimiz var demişəm həmişə. Bu fikrimin üstündə hələ də qalıram. Bəzən sadəcə onları izləmək lazımdır. Onları izləmək, onları sevmək, onların dilini bilmək. Onların sevgi dili daha başqa, daha özəldir.. Sədaqəti, nə qədər yıxılsa da qalxıb davam etməyi, getdiyi yolların çətinliyinin qovuşmağı daha dəyərli etdiyini, sevdiyi üçün sonuna qədər gedib, döyüşməyi Kavik bizə bir daha göstərdi. Həyat qarşısında heç vaxt təslim olmamaq lazımdır, yıxılanda bunu həmçinin dinlənmək üçün fürsət bilib daha güclü ayağa qalxıb davam etmək lazımdır. Həyat bizi gözləmir çünki.
Can Dostum
Can DostumWalt Morey · Beyaz Balina Yayınları · 2019274 okunma
Reklam
104 syf.
7/10 puan verdi
Susanna Tamaro.. Qələmini sevdiyim yazarlardan. İç dünyanı çox gözəl təsvir edən kitablardan.. Kitabda obrazın itkinliyini, yadlığını, axtarışını içdən hiss edir insan.
Kökler, Yollar ve Yitik Benler
Kökler, Yollar ve Yitik BenlerSusanna Tamaro · Can Yayınları · 2014550 okunma