Albert Kamyu ilə tanışlığımın başladığı ilk povest , baş qəhrəmanın həyata dair hissləri , fikirləri əsərin fərqli şəkildə yadda qalmasına gətirib çıxarır .Sadəcə elə ilk cümləsini oxusanız, qəribə olduğuna şahid olarsız . ( "Bu gün anam öldü . Bəlkə də dünən ölüb ,bilmirəm " )və bir insan da gözləmədiyiniz xüsusiyyətləri kitabda görəcəksiniz desəm yanılmaram .Görəcəksiniz deyirəm , çünki əsərdə incə detallara ustalıqla fikir verildiyindən mühiti beyində asanlıqla canlandırmaq olur . Sanki Qəhrəmanımız həyatı başdan sona səhv anlayıb.Onsuz öləcəm , yəni ya bu gün ölmüş , ya sabah kimi fikirin sahibi olan bu adam həyatda heç nəyi mənalı görmür .Sadəcə anlıq həzzlər onu həyəcanlandira bilir .Ən çətin halda belə indini və gələcəyi fikirləşirdi .Keçmiş sanki bu qəhrəman üçün sözün əsl mənasında keçmişdə qalırdı .Ya unutqanlığından ya da laqeydliyindən.. Bəlkə də anlıq həzzlər xoş gəlirdi .Hər bir şeyə öz qəlbində bir səbəb tapırdı .Və həyatı haqlı çıxararaq özünə təskinlik tapır .Amma heç təskinlik tapdığının da fərqində deyil .Heç nəyə inanmır , heç bir fikri məqsədi olmadan yaşayır. Ölməyə gedərsən , amma onda da ölməyinə haqq qazandırarsan.Səni ittiham edənlərə bir kəlmə söz deməzsən .Bir sözlə belə özünü haqlı çıxarmazsan .Necə edəsən , heç özün bilmirsən niyə bu hadisəni törətmisən.