Dəhşətli sirr Stefan Zweigin oxuduğum ilk əsəridir. Doğrusu dillər əzbəri olan digər əsərləri qala-qala yazıçının dəsti-xəttinə bu əsərlə başlamaq məncə yanlış seçim idi. Kitabı pisləmirəm, amma hadisələrin ağır və ləng gedişatı, həmçinin müəyyən çevrədən kənara çıxmaması məni istər-istəməz qıcıqlandırırdı. Əsərin mözvusuna gəldikdə isə əsərdə Baronun arzuladığı qadına sahib olması üçün həmin qadının öz oğlundan - Edgardan istifadə etməsindən bəhs olunur. Edgar da uşaq xisləti ilə ona inanır, lakin uşaqlığının son günlərini yaşadığından xəbərsizdir. Kitabda çatışmayan cəhətlər çox idi fikrimcə, məsələn əsərdə Edgarın atasına daha çox yer verilməli idi, onun necə biri olması haqqında təəssürat yaranmadı məndə, demək olar ki onun haqqında heç bir nüans qeyd olunmamışdı. Və məncə əsərin sonu daha fərqli bitə bilərdi, çox quru sonluq idi.