Bir cavan oğlan Universiteti bitirib evə qayıdır. Ancaq 3 dənə suala cavab tapa bilmir. Alimlərə sual versə də heç biri cavab verə bilmir. Valideynləri bir nəfər Din alimi gətirirlər ki, bəlkə sənin suallarına Din alimi cavab verə bildi.
Oğlan alimə deyir ki, siz mənim suallarıma cavab verə biləcəksinizmi? Heç bir alim cavab verə bilməyib.
Alim deyir İnşAllah cavab verməyə çalışaram, Allahın köməkliyi ilə..
Oğlan suallarını verməyə başlayır.
1. Allah varmı? Əgər Allah varsa, mənə təsəvvür edin ki, Allah necədir?
2. Qismət varmı?
3. Şeytan da oddan yaranıb, cəhənnəm də oddan yaranıb. Bəs Allah düşünməyib ki, od odda necə yana bilər?
1) Oğlan suallarını bitirdikdən sonra alim oğlana sillə vurur.
Oğlan alimə deyir ki, – niyə əsəbləşdiniz?Alim deyir: əsəbləşmədim, bu sillə sənin verdiyin suallarının cavabıdır.
Oğlan başa düşmür. Deyir – bu necə ola bilər mənim suallarımın cavabı?
Alim oğlandan soruşur: – üzün ağradı?
Oğlan deyir: – bəli, ağradı.
Alim soruşur: – indi mənə təsəvvür elə görüm ağrı necə olur?
Oğlan deyir: – necə təsəvvür edim axı?!Hiss edirəm ki, ağrıyır.
Alim deyir: – biz də Allahı təsəvvür edə bilmirik, yalnız hiss edirik ki, Allah var.
2)Alim ikinci sualına cavab olaraq oğlandan soruşur: – sən bilirdin ki, mən sənə sillə vuracam? Sənin qismətində var idi?
Oğlan deyir: – yəqin ki, var idi deyə vurdunuz.
Alim deyir: – xeyr, yox idi. Sən mənə sual verməsəydin, mən səni vurmayacaqdım. Qismət əməldən asılıdır.
3)Üçüncü suala gəlincə isə alim oğlandan soruşur: – mənim əlim nədəndir?
Oğlan deyir: – ətdən.
Alim soruşur: – bəs sənin sifətin nədəndir?Oğlan deyir: – ətdən.
Alim deyir: – bax görürsən, mənim əlim ətdən və sənin sifətin ətdən olsa da bir birinə deyəndə ağrıtdı. Şeytan da oddan olmasına baxmayaraq, yenə də cəhənnəmin odunda yanacaq.