Çəmən həsrət çəkir öz gülü üçün,
Bağça dilə gəlir bülbülü üçün,
Pərvanə can verir sevgili üçün.
Qəlbimi həmişə qoyub yaralı,
Biganə-biganə gəzmə aralı.
Məcnun çölə getdi, Leylini andı,
Kərəm, – «Əsli» – deyib, odlara yandı.
Bizim aramıza düşən nə qandı?..
Gəl olma fitnəkar, a dağ maralı,
Divanə-divanə gəzmə aralı.