İlk olaraq bu kitab, mənim fərqli xarakterdə oxuduğum ilk kitablardandır. Fərqli xarakter dediyim, yəni kitab dünyaya xüsusi bir mesaj verməyə çalışır, maraqlı tərəfi isə bu əsər kitabların, kitab oxumağın qadağan olunduğu dünyadan bəhs edir. Bəli, yazıçımız gənc vaxtlarından "kitabqurdu" olub və Hitlerin kitablara qadağa qoyması, qanunsuz kitabların yandırılması Ray əmimizi təsirləndirib və Fahrenheit 451 ortaya çıxıb.
Kitabda Monteq adlı baş qəhrəmanımız yanğınsöndürəndi, amma əsərin "fantastik" tərəfi bu yanğınsöndürənlərin yanğın törətməsidi, bəli, çənlərində su əvəzinə neft daşıyan və kitabları tapıb yandıran yanğınsöndürənlər. Əsərdə kitab silaha bənzədilir, bilikdən, bilikli insandan qorxulur, hamının eyni olmağı istənilir və beləcə insanlar özlərindən yaxşısını görüb, rəqabət hissi duymayacaqlar. Əsərdə Monteqin başqaları tərəfindən qəribə hesab edilən Klarissa adlı qızla tanış olmağından və onun müəyyən şeylərin fərqinə varmasından, "nəyinsə" çatışmadığını anlamasından bəhs edilir.
Həm axıcılığın olması, həm də verdiyi fikirin, təsvir etdiyi dünyanın vacib nüansa toxunması mənim üçün çox önəmlidi. Kitabı çox bəyəndim.
Ona görə də, oxuyun, oxutdurun ki, 1 əsr sonra Ray Bradbury'ni Vanqa kimi yad etməyək.
"Amma bir şeyə diqqət yetirin ki, hətta kitabı əlimizdə rahat tutduğumuz zamanlarda da onun bizə verdiyini tam gücü ilə xərcləməmişik".