Tanrı ilə Söhbət 1: Qeyri-adi Dialoq

Neale Donald Walsch

Öne Çıkan Tanrı ilə Söhbət 1: Qeyri-adi Dialoq Gönderileri

Öne Çıkan Tanrı ilə Söhbət 1: Qeyri-adi Dialoq kitaplarını, öne çıkan Tanrı ilə Söhbət 1: Qeyri-adi Dialoq sözleri ve alıntılarını, öne çıkan Tanrı ilə Söhbət 1: Qeyri-adi Dialoq yazarlarını, öne çıkan Tanrı ilə Söhbət 1: Qeyri-adi Dialoq yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Şərtsiz sevginin necə hiss olduğunu çoxdan unutmusan. Tanrının sevgi təcrübəsini xatırlamırsan. Dünyada sevgini necə görürsünüzsə Tanrının sevgisini də onun əsasında təsəvvür edirsən.
Sevgi səni genişləndirən, açan, aşkara çıxaran, saxlayan, paylaşmağa kömək edən, səni sağaldan enerjidir. Qorxu bədənini paltarlarla örtməyə məcbur edir,sevgi isə sənə lüt olmağa icazə verir. Qorxu sahib olduğun hər şeydən bərk-bərk yapışmağa, sevgi isə onları paylaşmağa şərait yaradır. Qorxu məcburi yaxınlığa, sevgi səmimi yaxınlığa səbəb olur. Qorxu tutub saxlayır, sevgi sənə azadlıq verir. Qorxu daxildə yanğın yaradır, sevgi daxilən sakitlik gətirir. Qorxu hücum edir, sevgi isə qucaqlayır.
Reklam
İnam. Əgər səndə xardal toxumu qədər inam olsa dağları yerindən tərpədərsən. Əgər bir ișin alınacağını bilirsənsə deməli, bunu sənə mən demişəm. Sən soruşmazdan əvvəl bunu sənə bildirmişəm.
Sayfa 27 - Qanun nəşriyyatKitabı okudu
272 syf.
8/10 puan verdi
·
6 günde okudu
Yaxşı kitab idi. Müəllif Tanrı barədə təsəvvürlərini, həyat haqdaki biliklərini maraqlı üsulla–elə Tanrının dili ilə oxucuya çatdırıb. Ümumi bəyəndim, amma fikrimcə bir az natamamlıqlar var idi, yəqin bu seriyanın növbəti kitablarında daha çox şey də nəql olunmuş olar. Bunu deyim ki, çox maraqlı baxış açıları var idi, ilk dəfə gördüyüm amma məntiqli düşüncələr. Kitabın mövzusu haqda da elə giriş hissəsində ki, yazını qeyd edim. "Bu kitab ömründə bir dəfə də olsa barəsində öz-özümüzə suallar verdiyimiz bu kimi mövzuları əhatə edir: sevgi və həyat; məqsəd və nəticə; insanlar və münasibətlər; yaxşı və pis; təqsirkarlıq hissi və günah; bağışlamaq və cəza; Tanrıya gedən yol; cənnət, cəhənnəm; seks, güc, pul, uşaqlar, evlilik, boşanma, iş həyatı, sağlamlıq, keçmiş və gələcək; müharibə və sülh; bilmək və bilməmək; həzz və kədər kimi bir çox mövzular araşdırılır." Bir də ki, müəllifin Tanrını yumor hissi ilə yaratması ayrı əyləncə qatırıdı kitaba. Elə bu haqda olan qısa dialoqla təhlili bitirim. -Qəribədir, sənin yumor hissin var? -Yumoru mən yaratmışam, əlbəttə.
Tanrı ilə Söhbət 1: Qeyri-adi Dialoq
Tanrı ilə Söhbət 1: Qeyri-adi DialoqNeale Donald Walsch · Qanun Nəşriyyatı · 01,074 okunma
Səna aid olmayanı götürməyəcək, dələduzluq etməyəcək, nəsə əldə etmək üçün heç kimə ziyan vurmayacaqsan. Bunlar oğurluqdur. Və sənə söz verirəm, əgər Tanrını tapsan, oğurluq etməyəcəksən. Düz olmayan heç nəyi danışmayacaqsan. Bu elə yalançı şahidlik etməkdir.
Sayfa 132 - Qanun nəşriyyatKitabı okudu
Reklam
Dua ilə istədiyin hər hansı bir şeyi əldə edə bilməzsən va ümumiyyətlə, dua ilə istəklərinin həyata keçməsi mümkün deyil. Çünki sənin bu tələbin yoxluqdan yaranan ehtiyacdır va sən bu ehtiyacının ancaq bir yolla- sadəcə istəməklə həyata keçməsini gözləyirsən. Əsl dua isə -yalvarışlarla yox, -şükür ilə olmalıdır.
-Əgər doğrudan da Tanrı varsa və o Tanrı sənsənsə niyə hamımızın görüb dərk edəcəyi bir yolla özünü bizə göstərmirsən? -İndi elə bunu edirəm. -Harada? -Sənin baxdığın hər yerdə.
272 syf.
·
Puan vermedi
·
4 günde okudu
 Heç birşey özü-özlüyündə yarana bilməz.  Bunun üçün təkan verici bir qüvvə elm lazımdır. Şühbəsiz ki, cisimimiz ruhumuzun libasıdır. Ancaq bizim təssəvvür edə bilmədiyimiz dərəcədə mükəmməl. Kitabı yazan insanın Tanrı ilə söhbətində, Tanrının sualları və cavabları əlbət insan təxəyyülünün məhsulu idi. Ona görədə ciddiyə almağa dəyməz. Ümumilikdə kitabın  bir insan düşüncəsi olduğunu nəzərə alsaq pis deyil.
Tanrı ilə Söhbət 1: Qeyri-adi Dialoq
Tanrı ilə Söhbət 1: Qeyri-adi DialoqNeale Donald Walsch · Qanun Nəşriyyatı · 01,074 okunma
Bunu demək asandır, amma qərar verilən anda adətən qorxu qalib gəlir. Niyə belə olur? Sənə qorxu içində yaşamaq öyrədilib. Ancaq ən güclü olanların qələbə qazana biləcəyi, ən ağıllı olanların müvəffəqiyyət əldə edə biləcəyi deyilib. Ona görə də həmişə ən güclü, ən ağıllı, ən sağlam olmağa çalışırsan. Özünün bundan bir az aşağı olduğunu biləndə isə uduzmaq hissi səni qorxuya salır, çünki sənə bundan bir az aşağı olanların həmişə uduzacağını öyrədiblər.
1.000 öğeden 1 ile 10 arasındakiler gösteriliyor.