Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Şeytan Gönderileri

Şeytan kitaplarını, Şeytan sözleri ve alıntılarını, Şeytan yazarlarını, Şeytan yorumları ve incelemelerini 1000Kitap'ta bulabilirsiniz.
Onlar şübhəsiz elələrindəndilər ki, başqalarında dəlilik əlaməti görür, özlərində isə görmürlər.
Elə cavanlar var ki, yaşamaq istəyirlər, amma necə yaşamaq barədə fikirləşmirlər, fikirləşməyə heç vaxtları da yoxdu və buna görə də əvvəllər mövcud olmuş yaşayış tərzini özləri üçün nümunə götürürlər
Reklam
Mənsə sizə deyirəm, o kəs ki qadına tamah salır, ona ehtirasla baxır, o adam artıq öz qəlbində zinakarlıq etmiş olur.
80 syf.
8/10 puan verdi
Lev Tolstoy "Şeytan" Əsərin baş qəhrəmanı Yevgeni hüquq təhsili almış, parlaq gələcəyi olacaq bir gəncdir. Ailəsi onu yetərincə tərbiyəli böyütmüş, hər cür imkanı yaratmışdır. Lakin atasının ölümü ilə həyatları dəyişir. Onların "miras" düşündükləri borclar içində boğulan mülklər olur, qardaşlardan hansısa hökmən öz həyatını
Şeytan
ŞeytanLev Tolstoy · Qanun Nəşriyyatı · 04,401 okunma
Adətən belə fikirləşirlər ki, ancaq qocalar mühafizəkar olurlar, novatorlar isə – cavanlardır. Bu o qədər də ədalətli fikir deyil. Ən adi mühafizəkarlar – cavan oğlanlardır. Elə cavanlar ki, yaşamaq istəyirlər, amma necə yaşamaq barədə fikirləşmirlər, fikirləşməyə heç vaxtları da yoxdur və buna görə də əvvəllər mövcud olmuş yaşayış tərzini özləri üçün nümunə götürürlər.
Reklam
///miniKlassika
...gözləri isə çox qəşəngdi hər șeyə inanan, həlim baxıșları vardı.
Elə cavanlar ki, yașamaq istəyirlər, amma necə yașamaq barədə fikirləşmirlər, fikirləşməyə heç vaxtları da yoxdu və buna görə də əvvəllər mövcud olmuș yașayıș tərzini özləri üçün nümunə götürürlər.
"Və əgər sağ əlin səni șirnikləndirirsə, kəs tulla onu, çünki əzalarından birinin məhv olması bűtöv cisminin cəhənnəm oduna atılmasından yaxşıdır"
And indeed if Eugene Irtenev was mentally deranged everyone is in the same case; the most mentally deranged people are certainly those who see in others indications of insanity they do not notice in themselves.
Reklam
It is generally supposed the Conservatives are usually old people, and that those in favour of change are the young. That is not quite correct. Usually Conservatives are young people: those who want to live but who do not think about how to live, and have not time to think, and therefore take as a model for themselves a way of life that they have seen.
80 syf.
·
Puan vermedi
Türklər demiş əsl "çerezlik" əsərdir. Rahatlıqla pdf formada 2 saata oxuyub qurtara bilərsiz. Kitabı əldə edib oxumaq istəsəz, başqa nəşrlə maraqlanın. Əsər qısa olduğundan orfoqrafiqk səhvlər, cümlələrin quruluşunun baş-ayaq olması çox gözə batsa da kitabı bitirməyə mane olmayacaq. Yevgeni rəhmətə getmiş atasından qalan borcları ödəmək, təsərrüfata rəhbərlik etmək üçün kəndə köçür. Zamanla bu işlərin öhdəsindən gəlir, borcları ödəyir, evlənir, təsərrüfatı genişləndirir, camaat arasında nüfuzu daha da artır. Xoşbəxt ailə həyatı yaşadığı anda subay vaxtı elədiyi eşqbazlıq indi onun başına bəla olur. İstəyi ilə iradəsi arasında mübarizə onu sonda gözlənilməz yola əl atmağa vadar edir. Bəzi nəcib xüsusiyyətlərinə görə Yevgenini "Anna Karenina"dakı Levin obrazına bənzətdim. Ancaq Levin də özünəməxsus xarakteri ilə Yevgenidən çox üstündür.
Şeytan
ŞeytanLev Tolstoy · Qanun Nəşriyyatı · 04,401 okunma
Doğrudanmı məhv olmuşam? İlahi! Eh, heç bir Allah yoxdur. Şeytan var. Və bu şeytan odur. Özünün qulu eləyib məni bu şeytan. Mənsə istəmirəm, istəmirəm. Şeytan, bəli, şeytan.
80 syf.
7/10 puan verdi
·
Beğendi
·
10 günde okudu
"O, doqquz ay qazamatda qaldı, bir ay da monastırda. Hələ qazamatda olanda içkiyə qurşandı, monastırda da əl çəkmədi bu vərdişdən və evə zəifləmiş halda, əldən düşmüş əyyaş kimi qayıtdı. Varvara Alekseyevna and-aman eləyirdi ki, bunu əvvəlcədən görürdü. Yevgeni mübahisə eləyəndə görünürdü bu. Liza və Marya Pavlovna heç cür başa düşə bilmirdilər ki, nədən baş verib bu, hər halda həkimlərin dediyinə, guya Yevgeninin ruhi xəstə, psixopat olduğuna inanmırdılar. Onlar bununla razılaşa bilməzdilər, çünki bilirdilər ki, Yevgeni- tanıdıqları yüzlərlə adamın hamısından sağlam-fikirli, sağlam-ağıllıdır"
Şeytan
ŞeytanLev Tolstoy · Qanun Nəşriyyatı · 04,401 okunma
1.500 öğeden 1 ile 15 arasındakiler gösteriliyor.