Akış
Ara
Ne Okusam?
Giriş Yap
Kaydol
Gönderi Oluştur

Məsudə Cabbar

Məsudə CabbarƏn yazarı
Yazar
8.5/10
189 Kişi
938
Okunma
143
Beğeni
8,5bin
Görüntülenme

Hakkında

Unvan:
Yazar
Doğum:
Azerbaycan, 1993

Okurlar

143 okur beğendi.
938 okur okudu.
84 okur okuyor.
632 okur okuyacak.
30 okur yarım bıraktı.
Reklam

Sözler ve Alıntılar

Tümünü Gör
"Bir ağrını unutmağın ən yaxşı yolu başqa bir ağrıdı".
Sayfa 128Kitabı okudu
Cavab vermədim, sadəcə gülümsədim. Bəzən bu cür hallar da olur. Yüz sözü əvəz edəcək bircə hərəkət. Və o, bunu bilirdi. Buna əmin idim.
Reklam
"...yalnızlıq paylaşılacaq bir şey olsa dadıma çatan yenə özüm olardım..."
“Pis insanlar böyüyər. Sən uşaq qalmısan..”
Amma gəlmirdi. Mənim üçün darıxmırdı. Zəng etmirdi. Lənət olsun! Ölüb getsəm xəbəri belə olmayacaqdı.
Sayfa 129Kitabı okudu
Reklam
Bəzən hisslərimiz bizi idarə etməyə başlayır, bu, hər kəsin başına ən az bir dəfə gəlir. Hərdən sevgi hərdən də nifrət idarə iplərimizi əlinə alır.
Göy Qurşağının Bitdiyi Yer
Göy Qurşağının Bitdiyi Yer

Yorumlar ve İncelemeler

Tümünü Gör
224 syf.
·
Puan vermedi
·
Beğendi
·
30 saatte okudu
Belə... Bu kitabı oxumaq haqqında düşünürdüm və dedim baxım,görüm oxuyanlar bu haqda nə söyləyiblər. Və gördümki heç kəs inceləməyib kitabı və qərara gəldimki ilk incələyəcəyim kitab elə "Ən" olsun. Birinci onu deyim ki,kitab çox,çox,çox xoşuma gəldi. Hələ əgər sevgi haqqında kitabları çox oxuyursunuzsa,iki qat sevəcəksiniz. Kitab Qəmər adlı universitetə təzə qəbul olmuş qızın həyatında bəhs edir. İlk bölümlərdə Qəmərin ailəsindəki sarsıntılar,valideyinləri ilə arasındakı uçurumlar göstərilir. Amma bu sarsıntı sonradan zəlzələyə çevrilir və bu nöqtədə də Qəmərin universitet həyatı başlayır. Yeni aldığı zərbələr Qəməri incidir. Amma atası axır ki onunla əsl ata kimi davranmaq qərarına gəlir. Hər şey öz axarı ilə gedərkən Qəmər yeni bir sevgi hissinə qapılır. Amma bu sizin öyrəşdiyiniz,mənimsədiyiniz bir sevgi hekayəsi deyil. Bu sevgidə Qəmər və Kənanmı qalib gəlir,yoxsa "camaat" mı? Qəmər hansı yolu seçir? Nə qərara gəlir?Bunu demək istəmirəm. Və sizin marağınız üçün öz öhdənizə buraxıram. Kitabda cəmiyyətin ön yarğısının,hər yalana inanıb insanlara mənən zərər verməsi mənim fikrimcə gözəl vurğulanıb. Yazar özü də qeyd edib kitab həqiqi həyata əsaslanaraq yazılıb. Yəni bu oxuduqlarımı biri yaşayıb deyə düşünəndə çox pis oluram.
Ən
ƏnMəsudə Cabbar · Digər Nəşriyyat · 2016223 okunma
250 syf.
10/10 puan verdi
·
Beğendi
·
8 saatte okudu
Məncə oxumağa dəyər bir hekayədir onların hekayəsi. Təsadüflər nəticəsində qarşılaşan iki insan və saf sevgidən bəhs edir əsər. Bir oturuşda oxuna biləcək, asan dillə yazılmış bir əsərdir. Mənim fikrimcə gənc və ya yaşlı fərq etmədən, oxuna biləcək bir həyat hekayəsi idi. Bəzi hissələr o qədər tanış gəlirdi ki, bilmirəm daha çox bəyənməyimə səbəb olurdu. Eyni zamanda, belə sonluqlu kitabları daha çox sevirəm. Bunun səbəbini bilmirəm lakin, bu sonluqlar və hadisələr həyata daha yaxın görünür. İnsan özündən daha çox parçalar tapır.
Aciz Qalan Ulduzlar
Aciz Qalan UlduzlarMəsudə Cabbar · 2015230 okunma
313 syf.
8/10 puan verdi
Kitabı adının mənasında yatan incəlikləri oxuduğum zaman daha yaxşı anladım. Evli oğlan və subay qızın sevgisindən bəhs edir. Belə qəribə səslənir lakin kitabı oxuyanlar empati qurub anlaya bilər ancaq. Kitabı oxuduqca anlayırsan ki, onların xarici görünüşləri hər nə qədər zidd olsada ruhən tam əksinədir bu. Onlar bir-birini cəzb edən, yaxınlaşdıqca daha çox uzaqlaşan ulduzlar kimi idilər. Bu kitabın yeri məndə bambaşqadır fərqli sevgi romanı oxumaq istəyənlərə mütləq tövsiyyə edirəm və onuda qeyd edim ki, Məsudə Cabbardan oxuduğum ilk kitabdır. Qələmini bəyəndim. Həmçinin kitabın şəkilli olması və aşağıda musiqilər qeyd edilməsini də ayrıca bəyəndim.
Xoşbəxtliyə Çatanda Əldə Qalanlar
Xoşbəxtliyə Çatanda Əldə QalanlarMəsudə Cabbar · 2018158 okunma